Kürdəmirdə valideynlərin uşaqlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik sistemi olan məktəblərə aparmaları barədə iddialar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkə platformasında paylaşımlar edilib. Bildirilir ki, mövcud problemlə bağlı artıq məktəblərdən birindən yüzlərlə uşaq çıxıb.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən oxu.az-a bildirilib ki, son günlər Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar həqiqəti əks etdirmir:
"Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox, fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir".
Məlumatda qeyd edilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:
"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 30.01.2025
Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxarıb? - SƏBƏB
Hazırda oxunan: Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxarıb? - SƏBƏB
Hazırda oxunan: Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxarıb? - SƏBƏB
232498
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.