Sabah Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Məlumata görə, “Buzovna 1-97” QTM-dən qidalanan qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, Pirşağı-Novxanı-Xırdalan-M4 yeni avtomobil yolunun tikintisi ilə əlaqədar “Bilgəh-1” qaz xəttinin tikinti sahəsinə düşən hissəsinin təhlükəsiz əraziyə köçürülməsi, birləşmə işləri, həmçinin Binəqədi rayonu, S.S.Axundov küçəsi 37 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının təbii qazla təmin olunması məqsədilə 30.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağlarının, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media
![Sabah Bakının bu ərazilərində qaz olmayacaq Sabah Bakının bu ərazilərində qaz olmayacaq](https://bizim.media/file/articles/2025/01/30/1738217951_5249423164088380603.jpg)
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 30.01.2025
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Hazırda oxunan: Sabah Bakının bu ərazilərində qaz olmayacaq
232410
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.