Salyan rayonunun Seyidlər kəndində baş vermiş ağır yol qəzası nəticəsində 4 nəfər həlak olub, bir nəfər yaralanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşıb.
Qəzaya düşənlər bir ailənin üzvləridir. Avtomobildə olan hər iki valideyn və onların 2 azyaşlı övladı həyatını itirib. Bunlar - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onların azyaşlı övladları İ.R. və İ.H.-dir.
Avtomobildə olan beşinci şəxs yaralı halda Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə təcili yardım briqadası, Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Aqil Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu