“Manvel Qriroryan azərbaycanlı girovları şəxsi təsərrüfatında işlədib”

“Manvel Qriroryan azərbaycanlı girovları şəxsi təsərrüfatında işlədib”

Hazırda oxunan: “Manvel Qriroryan azərbaycanlı girovları şəxsi təsərrüfatında işlədib”

232377

Beynəlxaıq hüquq və BMT nizamnaməsinə görə, hərbi tribunalların təşkil edilməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmalıdır.

Moderator.az-ın görə, bunu keçirdiyi mətbuat konfransında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hələ ki belə bir qətnamə yoxdur:

"Bu qətnamələr bə BMT nizamnaməsinin 7-ci fəslindən irəli gələrək dövlətlər üzərindən konkret öhdəliklər götürülməlidir. Ermənistan tərəfindən müharibə dövrlərində Azərbaycana qarşı çoxsaylı hərbi cinayətlər törədilməsinə baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurası tərəfindən belə bir tribunalların təşkil edilməsi barədə qətnamələr qəbul edilməyib. Bu da məsələnin hüquqi müstəvidə hərbi tribunal səviyyəsinə çıxarılmasına mane olan amillərdən biridir. Azərbaycan məsələ ilə bağlı müxtəlif səviyyələrdə müzakirə və məsləhətləşmələr aparıb, Amma ilk növbədə də BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə bu qəbildən olan qətnamələr qəbul edilməlidir ki, xüsusi hallarda nəzərdə tutulan tribunallar təşkil edilsin. Bununla bərabər Ermənistan beynəlxalq məhkəmələrin yurististikasını qəbul etmir. Münaqişə dövründə Azərbaycana qarşı törətdiyi əməllərinə görə bir dövlət olaraq məsuliyyət daşımaqla bərabər, Ermənistanın siyasi hərbi rəhbərliyində olan , bu əməllərin törədilməsində bilavasitə iştirak edən şəxslər də məsuliyyət daşıyırlar”.

xa0

XİN rəsmisi qeyd edib ki, bunun üçün Ermənistanın özünün sivil davranış nümayiş etdirərək, bu şəxsləri cəzalandırmalıdır:

“Amma təəssüf ki, Ermənistan tərəfindən bu addımlar atılmır. Məsələn, Manvel Qriqoryan vaxtilə Erəmnistanın müdafiə nazirinin müavini olub. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərdə iştirak edib. 2014-cü ildə "Azadlıq" radiosunun Ermənistan bürosuna verdiyi müsahibəsində özü açıq şəkildə etiraf edib ki, 200-dən artıq mülki Azərbaycan vətəndaşını girov götürüb, onları öz şəxsi təsərrüfatında istifadə edib. İş o həddə çatıb ki, Ermənistan İnsan hüquqları təşkilatı tərəfindən hiddət və tənqidə məruz qaldığı halda o erməni olduğu ilə fəxr edib. Həmin şəxsə qarşı korrupsiya cinayəti ilə bağlı cinayət işi başlanıb Əgər Ermənistan bu gün insan hüquqkarından dəm vurursa bu kimi cinayətlərə də aydınlıq gətirməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO