Məntəqə sədri: “Seçicilər yüksək əhval ruhiyyə ilə səsverməyə gəlirlər” - FOTO

Məntəqə sədri: “Seçicilər yüksək əhval ruhiyyə ilə səsverməyə gəlirlər” - FOTO

Hazırda oxunan: Məntəqə sədri: “Seçicilər yüksək əhval ruhiyyə ilə səsverməyə gəlirlər” - FOTO

232302

39 saylı Kəpəz birinci Gəncə şəhər seçki dairəsinin 12 saylı məntəqəsi üzrə 210 vətəndaş öz seçici hüquqlarından istifadə edib.

Məntəqə sədri Qurban Qurbanov Bizim.Media-ya açıqlamasında heç bir hüquq pozuntusu qeydə alınmadığını bildirib.

Onun sözlərinə görə məntəqə üzrə 1329 nəfər qeydiyyatda seçici var və bu saata görə fəallıq yüksəkdir:

“Hal hazıra qədər seçicilərin 16%-i səsvermə hüququndan istifadə edib. Fəalliq yüksəkdir. Seçicilərimiz yüksək əhval ruhiyyə ilə məntəqəmizə gələrək layiqli namizədinə sərbəst şəkildə səs verirlər”, - deyə məntəqə sədri əlavə edib.

Bildirək ki, Gəncədə 4 dairədə 158 məntəqədə 200 mindən çox səsvermə hüququ olan vətəndaş səs verəcək. Seçkiləri ümumilikdə 2000 çox müşahidəçi izləyir, məntəqələrdə 40 veb kamera quraşdırılıb. Gəncədə 4 dairədən 84 namizəd 38 yer uğrunda mübarizə aparır.





Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO