Qazlı su içmək arıqlamağa kömək edir?

Qazlı su içmək arıqlamağa kömək edir?

Hazırda oxunan: Qazlı su içmək arıqlamağa kömək edir?

232218

Yaponiyanın Tesseikai Neyrocərrahiyyə Xəstəxanasından doktor Akira Takahashi tərəfindən araşdırmaya görə, qazlı su içmək maddələr mübadiləsini artıraraq arıqlama prosesinə kiçik də olsa töhfə verə bilər.

Bizim.Media “euronews.com” saytına istinadən xəbər verir ki, A.Takahashi qazlı suyun qlükoza səviyyəsini azaltmağa kömək edə biləcəyini irəli sürərək, bunun metabolik artımı stimullaşdırdığına və çəki itirmə prosesinə dolayı yolla təsir göstərdiyinə diqqət çəkib.
 

O, qazlı suyun həzm sistemindəki təsirini təsvir edərkən bu prosesin hemodializə bənzədiyini qeyd edib.


Araşdırma bəzi ekspertlər tərəfindən şübhə ilə qarşılanıb. Oksford Universitetinin insan metabolizmi üzrə əməkdar professoru Keyt Frayn verdiyi şərhdə qeyd edib ki, qazlı suyun qanda qlükoza səviyyəsinə təsiri nəzərəçarpacaq çəki itkisinə səbəb olmayacaq: “Əgər qazlı suyun arıqlamağa səbəb olduğu təsdiqlənsəydi, bu daha çox toxluq hisslərinin artması ilə əlaqəli olardı. Bundan əlavə, qazlı suyun həzm sisteminə mənfi təsirlər göstərə biləcəyi də qeyd olunub. Şişkinlik, köp və ya həzm pozğunluqları kimi əks təsirlər, xüsusilə həssas şəxslərdə və ya mövcud mədə-bağırsaq xəstəliklərində müşahidə oluna bilər”.

Ümumilikdə qazlı suyun çəki idarəetməsindəki rolu haqqında daha geniş və eksperimental araşdırmalara ehtiyac olduğu vurğulanıb. Mövcud tapıntılar bu iddianın dəstəklənməsi üçün hələ kifayət qədər əsaslı sübut təqdim etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO