Həsənağa Turabovun həyat yoldaşı VƏFAT ETDİ – FOTO

Həsənağa Turabovun həyat yoldaşı VƏFAT ETDİ – FOTO

Hazırda oxunan: Həsənağa Turabovun həyat yoldaşı VƏFAT ETDİ – FOTO

232216

Azərbaycanın xalq artisti - səhnəmizin "Gəray bəyi” Həsənağa Turabovun həyat yoldaşı Solmaz Turabova bu gün vəfat edib.

Bu barədə mərhumun qızı Sevinc Turabova Bizim.Media-ya məlumat verib.

Sevinc Turabovanın sözlərinə görə, anası Solmaz 85 yaşında dünyasını dəyişib: 

“O, uzun illərdir insultdan əziyyət çəkirdi. O məni gözləyirdi, yeməyini yedirtdim. Dünən axşam saat 18.00-da üzümə baxa-baxa vəfat etdi”.

Mərhumun nəşi bu gün Qurd qapısı qəbiristanlığında oğlu Daşqının və həyat yoldaşı Həsənağa Turabovun yanında dəfn olunacaq.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO