Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti ÇƏKİLƏCƏK

Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti ÇƏKİLƏCƏK

Hazırda oxunan: Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xətti ÇƏKİLƏCƏK

232173

Bakının Yeni Suraxanı qəsəbəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunan müşavirədə deyib.

"Şəhər ətrafından paytaxta gün ərzində 400 min sərnişin daxil olur və bu sərnişinlərə xidmət göstərilməsi üçün dəmir yolunun xidmətlərinin genişləndirilməsi proqramı da nəzərdə tutulub.
 

Burada ilk olaraq Abşeron dairəvi yoluna qatarların əlavə edilməsi, yük qatarlarının dairəvi yola daxil olmasının qarşısının alınması üçün Güzdək-Qaradağ dəmir yolunun istifadəyə verilməsi nəzərdə tutulub.


Həmçinin mövcud olan, lakin köhnəlmiş və istifadədən çıxarılmış bəzi dəmir yollarının da istifadəyə qaytarılması qərara alınıb. Bunlar “Zabrat 2-Maştağa-“Bağlar-Albalı", "Bakıxanov-Binə-Qala-Yeni Suraxanı-Hövsan" istiqamətləridir ki, bunlar da sərnişin axınına xidmət göstərməyə imkan verəcək", - sədr bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO