“Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Nazirlik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – red.) tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa edilsin. Mən də öz dəstəyimi verdim”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Onun sözlərinə görə, indi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır:
"Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:13 / 28.01.2025
Bakı aeroportunda yeni terminal kompleksi İNŞA EDİLƏCƏK
Hazırda oxunan: Bakı aeroportunda yeni terminal kompleksi İNŞA EDİLƏCƏK
Hazırda oxunan: Bakı aeroportunda yeni terminal kompleksi İNŞA EDİLƏCƏK
232136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.