Arvadını amansızlıqla öldürən şəxsə hökm oxundu

Arvadını amansızlıqla öldürən şəxsə hökm oxundu

Hazırda oxunan: Arvadını amansızlıqla öldürən şəxsə hökm oxundu

232061

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Qusarda arvadını bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Farik Mollayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Mollayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qərara görə, F.Mollayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd edək ki, hadisə Qusarın Piral kəndində baş verib.

 

Kənd sakini, 44 yaşlı Farik Pakiddin oğlu Mollayev həyat yoldaşı 34 yaşlı Oksana Minbər qızı Mollayevanı bıçaqlayaraq qətlə yetirib.

 

Məlumata görə, 17 bıçaq zərbəsi alan qadın elə hadisə yerində keçinib.

 

Cinayəti törətməkdə şübhəli bilinən Farik Mollayev polis əməkdaşları tərəfindən saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO