Goranboy rayon sakini Qasımov Yusif Elşad oğlu idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən bildirilib.
Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:36 / 27.01.2025
Magistral yolda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Magistral yolda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
Hazırda oxunan: Magistral yolda avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ - VİDEO
232021
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.