Bu gündən “Keşlə bazarı”nın "Avrohom" (Eurohome) tikinti materialları bazarında xüsusi inşa edilən sahəyə köçürülməsinə başlanılıb.
Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, artıq bazardakı əşyalar və məhsullar yeni ünvana daşınır.
Bu gün səhərdən etibarən bazar bağlanıb, gələn alıcılara artıq buranın fəaliyyət göstərməyəcəyi deyilir.
Satıcılar bildirirlər ki, bazardan daşınan məhsulların böyük hissəsi "Avrohom"a, bəziləri isə “50 qəpik” deyilən əraziyə aparılır.
Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:38 / 27.01.2025
"Keşlə bazarı" bu gündən bağlandı
Hazırda oxunan: "Keşlə bazarı" bu gündən bağlandı
Hazırda oxunan: "Keşlə bazarı" bu gündən bağlandı
231945
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.