Məşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev - FOTO

Məşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev - FOTO

Hazırda oxunan: Məşhur kəşfiyyatçının Bakıda yaşadığı baxımsız ev - FOTO

231933

Bu günlərdə məşhur sovet kəşfiyyatçısı Rixard Zorgenin vaxtilə Bakıda yaşadığı evin fotoşəkli çəkilərək sosial şəbəkələrdə paylaşılıb. Həmin evin baxımsız vəziyyətdə olması paylaşıma yazılan şərhlərdə təəssüflə vurğlanıb.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki,  haqqında bəlkə də yüzlərlə rəvayət və əfsanələr dolaşan kəşfiyyatçı Rixard Zorge  (1895-1944) Bakının Sabunçu qəsəbəsində doğulub, atası Qustav alman, anası Nina rus olub. 

Doqquz övladın sonuncusu olan Rixard Zorgenin atası Bakıya neft mədənlərində mühəndis kimi işləməyə gəlib.

Ailə bir necə il Bakıda qaldıqdan sonra Berlin şəhərinə köçüb. 

Xatırladaq ki, Bakının Nəsimi rayonunda Rixard Zorgeyə abidə qoyulub. 1981-ci ildə ucaldılan abidə Rixard Zorge adına parkda yerləşir. Abidə bürünc və qranitdən hazırlanıb. Onun üzərində qəhrəmanın üzü həkk edilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO