Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən “apa.az”a bildirilib.
"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda deyilir.
Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onda meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:03 / 27.01.2025
Meymunçiçəyinə yoluxmuş Azərbaycan vətəndaşının SON DURUMU
Hazırda oxunan: Meymunçiçəyinə yoluxmuş Azərbaycan vətəndaşının SON DURUMU
Hazırda oxunan: Meymunçiçəyinə yoluxmuş Azərbaycan vətəndaşının SON DURUMU
231900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.