Seysmoloji Xidmətdən Xəzərdəki zəlzələlərlə bağlı AÇIQLAMA

Seysmoloji Xidmətdən Xəzərdəki zəlzələlərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Seysmoloji Xidmətdən Xəzərdəki zəlzələlərlə bağlı AÇIQLAMA

231828

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.

"Xəzər dənizində son iki gündə baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.

Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.

Qeyd edək ki, son iki gündə Xəzər dənizində 3,1 və 3,5 maqnitudalı zəlzələ baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO