DİQQƏT: “Instagram”, “TikTok”dakı qısa videolar insan beyni üçün TƏHLÜKƏLİDİR

DİQQƏT: “Instagram”, “TikTok”dakı qısa videolar insan beyni üçün TƏHLÜKƏLİDİR

Hazırda oxunan: DİQQƏT: “Instagram”, “TikTok”dakı qısa videolar insan beyni üçün TƏHLÜKƏLİDİR

231719

“Instagram”, “TikTok” və s. kimi müxtəlif resurslarda qısa videolara (shorts) tez-tez baxmaq insanlarda yuxu rejiminin pozulmasına, özünü şəxsi həyatında xoşbəxt hiss etməməsinə və hətta düşünməsinə mane olur.

Bizim.Media xəbər verir ki, alimlərin fikrincə, belə əyləncəli məzmunlu videolar insan beyninə əhəmiyyətli dərəcədə təsir edir.

Araşdırmalar göstərir ki, bu cür videoları izləyən zaman insanda orbitofrontal korteks və beyincikdəki sistem aktivləşir, idrak idarəetmə sistemi isə əksinə, deaktiv olur. Beləliklə də insan həddən artıq özündən razılıq prosesinə qərq olur.

İnsanlar nəticələrini düşünmədən dopamin əldə etməyin asan yoluna tez öyrəşirlər.

Alimlər bu prosesin daha dəqiq izahını vermək üçün könüllülər arasında eksperiment aparıblar.

Belə ki, bir neçə ay ərzində gündə ən azı 95 dəqiqə qısa videolar izləyən şəxslərdə konsentrasiyanın azalması müşahidə edilib. Beyin üçün daha mürəkkəb tapşırıqlara diqqət yetirmək və hətta daha uzun videolara baxmaq çətinləşib.

Həmçinin məlum olub ki, araşdırmalara cəlb olunan insanlarda özünün və başqalarının daimi müqayisəsi ilə əlaqəli posterior singulat korteks aktivləşdiyi üçün tədqiqat iştirakçılarının özünə inamı da aşağı düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO