Biləsuvarda qisas zəminində bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
Kənddə sərnişindaşıma ilə məşğul olan mikroavtobusda Çinarlı kənd sakini, 2001-ci il təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi, 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.
Mikroavtobusda olanların hadisəyə müdaxilə etməsi ilə vəziyyətin daha da pisləşməsinin qarşısını alınıb.
Zərərçəkənin anasının dediyinə görə, Orxan qardaşı ilə birlikdə Vadəri izləyərək bu hadisəni törədib.
Qeyd edək ki, hadisəni törədən və zərərçəkən şəxslər yaxın qohumlardır. Orxan Abdullazadənin atası, 1975-ci il təvəllüdlü Cavid Həmidov 2023-cü ildə bacısının həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi odlu silahla qətlə yetirmişdi.
Faktla bağlı araşdırmalar davam edir.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.
- A-
- A
- A+
Cəmiyyət
19:24 / 25.01.2025
Biləsuvarda DƏHŞƏT: Oğul atasının qətlinə görə bibisi oğlunu BIÇAQLADI - VİDEO
Hazırda oxunan: Biləsuvarda DƏHŞƏT: Oğul atasının qətlinə görə bibisi oğlunu BIÇAQLADI - VİDEO
Hazırda oxunan: Biləsuvarda DƏHŞƏT: Oğul atasının qətlinə görə bibisi oğlunu BIÇAQLADI - VİDEO
231701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.