"Sosial şəbəkədə ərəblərin Biləsuvar və Sabirabad rayonları ərazisində "Qırmızı Kitab"a düşmüş bəzgək quşlarını ovladıqlarına dair yayılan video görüntülər araşdırılır".
Bizim.Media xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.
"Ov mövsümü açıq elan ediləndən ov üçün icazə sənədləri alan ovçulara qaydalara və tətbiq olunan normativlərə əməl edilməsi barədə ciddi təlimatlar verilir, pozuntulara görə inzibati və hüquqi məsuliyyət haqqında onlara xəbərdarlıq edilir. Pozuntular barədə hər hansı məlumat daxil olduqda isə ciddi yoxlamalar aparılır. Son günlər sosial şəbəkələrdə xarici vətəndaşların qanunsuz ov etməsi ehtimal olunan video görüntülər isə tərəfimizdən araşdırılır".
O qeyd edib ki, Azərbaycan ərazisində yanvarın 22-dən mövsüm açıq elan olunub və mövcud qaydalar çərçivəsində yerli və xarici vətəndaşların ov etməsinə icazə verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:51 / 25.01.2025
Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? – VİDEO
Hazırda oxunan: Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? – VİDEO
Hazırda oxunan: Ərəblər Biləsuvarda "Qırmızı Kitab"a düşən quşları ovlayırlar? – VİDEO
231675
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.