Ölümü yaxınlaşan hər 10 nəfərdən 9-u bu yuxunu GÖRÜR – ŞOK DETALLAR

Ölümü yaxınlaşan hər 10 nəfərdən 9-u bu yuxunu GÖRÜR – ŞOK DETALLAR

Hazırda oxunan: Ölümü yaxınlaşan hər 10 nəfərdən 9-u bu yuxunu GÖRÜR – ŞOK DETALLAR

231654

Ənənəvi olaraq, yuxu yozmaları ilə mistiklər, vizyonerlər və falçılar məşğul olurlar. Ancaq elm adamlarının bir neçə il əvvəl yuxuları tədqiq etməyə başlayıblar və maraqlı məqamları ortaya çıxarıblar.

Bizim.Media xəbər verir ki, Qərbin elmi tibb jurnalları son zamanlar insanların ölümdən qısa müddət əvvəl gördükləri yuxular haqqında çoxlu araşdırmalar dərc edirlər.

Belə tədqiqatlardan biri ABŞ hospislərində xəstələrlə il yarım ünsiyyətdə olan amerikalı alimlər tərəfindən aparılıb. Belə ki, 66 şəxslə ümumilikdə 453 müsahibə aparılıb. Məlum olub ki, ölümü yaxınlaşan hər 10 nəfərdən 9-u eyni yuxunu görüb.

Ölüm ayağındakı insanlar nə görürlər?

Alimlər müəyyən ediblər ki, klinik ölüm yaşamış insanlar oyandıqdan sonra bildiriblər ki, tez-tez işığa çıxmaq üçün qaranlıq bir tuneldə uçduqlarını görüblər. Bu uçuş adətən ölümdən həyata qayıdış kimi qəbul edilir.

Lakin ölüm ayağında olan xəstələrin yuxularında tunellərdə uçuş yoxdur. Onların 59%-nin yuxularında harasa getməli olduqları təlqin olunur. Bəziləri yola düşməyə hazırlaşdıqlarını, çamadanlarını yığdıqlarını, digərləri isə artıq harasa bir yola düşdüklərini görürlər. Lakin səyahətin son nöqtəsini görüb, təsəvvür edə bilmirlər.
 

Maraqlıdır ki, həmin şəxslərin çoxu (72% ) ölən qohumları və ya dostları ilə yol getdiklərini görüblər. Bu da o deməkdir ki, dünyasını dəyişmiş insanları tez-tez yuxuda görmək ölümün yaxınlaşdığının xəbərini verir.


Bu yuxular xəstələrdə narahatlıq, qorxu və ya qıcıq yaratmayıb. Əksinə, xoş və hətta sakitləşdirici olub. Onlar valideynləri, babaları, nənələri və digər ölmüş qohumları ilə görüşdükləri üçün məmnun qalıblar.

Ölən yaxınlarını yuxuda görən xəstələr tez-tez xoşbəxt uşaqlıq illərinə qayıdır və ya xoş xatirələrlə bağlı yerləri ziyarət edirlər.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, bu yuxular işıqlı olması ilə əksər adi yuxulardan fərqlənir. Alimlər qeyd edirlər ki, respondentlərin 99%-i bu yuxuları reallıq kimi qəbul edib.
Alimlər müəyyən ediblər ki, bu yuxuların görünüşü müəyyən şəkildə ölüm vaxtı ilə bağlıdır. Belə yuxuların ilk dalğası ölümdən 8-11 həftə əvvəl baş verir. Sonra azalır. Lakin ölümcül sona 1-3 həftə qalmış yenidən daha tez-tez belə yuxular görməyə başlayırlar.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO