"Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələri satışa çıxarılır.
Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında məlumat dərc olunub.
Satışa çıxarılan mobil nömrələrin ilkin qiyməti 800 manatdan başlayaraq 75 min manatadəkdir.
Hərracda iştirak etmək üçün 10%-i həcmində hesablanmış behin məbləği isə 80 manatdan 7 500 manatadək dəyişir.
Hərracın fevralın 24-də keçirilməsi nəzərdə tutulub.
24 fevral 2025-ci il tarixində saat 10:00-da hərraca çıxarılacaq "Azercell Telekom" MMC-yə məxsus mobil telefon nömrələrin tam siyahısı ilə buradan tanış ola bilərsiniz.
Bizim.Media