“Semeçka”nın İNANILMAZ FAYDALARI – Gündə bir ovuc yesəniz...

“Semeçka”nın İNANILMAZ FAYDALARI – Gündə bir ovuc yesəniz...

Hazırda oxunan: “Semeçka”nın İNANILMAZ FAYDALARI – Gündə bir ovuc yesəniz...

231629

Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mineralla zəngindir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, fol turşusu və E vitamini ehtiva etdiyi üçün ürək-damar sağlamlığı üçün çox faydalıdır.
 

Tərkibindəki yüksək E vitamini sayəsində ürək, beyin və damar funksiyalarını tənzimləyir, qan dövranını sürətləndirir. Təbii liflər sayəsində maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir.


Pis xolesterolu azaldır və qan şəkərini tarazlaşdırır. Dərinin qocalmasını ləngidir.

Zülalla zəngin olduğu üçün tox tutma xüsusiyyətinə malikdir. Həmçinin bədəndə protein sintezini təmin edir və əzələ ağrılarının qarşısını alır.

Stresslə mübarizə aparır və terapevtik təsir göstərir.

Bundan başqa yaddaşı gücləndirir. Xüsusilə imtahan dövründə zehni gücləndirməyə kömək edir.

Yüksək miqdarda E vitamini ehtiva etdiyi üçün prostat xərçənginin qarşısını alır.

Tərkibində dəmir və sink olduğundan uşaqların sümük quruluşunu və diş sağlamlığını gücləndirir.

Tərkibində olan bədənin ehtiyac duyduğu sağlam yağlar ürək üçün də faydalıdır.
Sink və antioksidantlarla zəngindir, immunitet sistemini gücləndirir. Zəngin vitamin və mineral tərkibi ilə dırnaqlardakı ağ ləkələri aradan qaldırmağa kömək edir.
 

Sinir sistemini tənzimləyir və Alzheimerdən qoruyur. E, B5, B1 vitaminləri və fol turşusu sayəsində saç və dəri sağlamlığı üçün faydalıdır.


Gündə yalnız bir ovuc günəbaxan tumları istehlak edilməlidir. Yağlı olduğu üçün həddindən artıq istehlak edildikdə çəki artımına səbəb olur. Çox duzlu qəbul edilərsə, böyrək funksiyalarına mənfi təsir göstərə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO