Hökümə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan İMTİNA EDİB

Hökümə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan İMTİNA EDİB

Hazırda oxunan: Hökümə Əliyevanın həyat yoldaşı 40 min manatlıq kompensasiyadan İMTİNA EDİB

231567

"Qızım Hökümənin həyat yoldaşı Etibar Əliyevlə münasibətimiz çox yaxşıdır. O, qızımın rayondakı yas mərasiminə də gəlmişdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri “teleqraf.com”a açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib. 

O bildirib ki, Hökümənin həyat yoldaşı hüquqi varis kimi dövlət tərəfindən təqdim edilən sığorta pulu və 40 min manat kompensasiyadan imtina edib: 

"Biz ona dövlətimiz tərəfindən təqdim edilən pulun hamısını verdik, amma o, məbləği özünə götürməkdən imtina edib geri qaytardı". 

Hökümə Əliyevanın həyat yoldaşı Etibar Əliyev isə bu barədə danışmaq istəmədiyini və ona həyat yoldaşının ailəsi tərəfindən təqdim edilən məbləğdən imtina etdiyini təsdiqləyib. 

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökümə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 

Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO