Xəbər verdiyimiz kimi, Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub.
Bizim.Media “titul.az”a istinadən xəbər verir ki, qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov müğənnilik fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.
Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:05 / 24.01.2025
Azərbaycanda müğənni qara maska taxaraq evə basqın etdi – FOTO
Hazırda oxunan: Azərbaycanda müğənni qara maska taxaraq evə basqın etdi – FOTO
Hazırda oxunan: Azərbaycanda müğənni qara maska taxaraq evə basqın etdi – FOTO
231521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.