Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır – VİDEO

Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır – VİDEO

Hazırda oxunan: Bakının mərkəzində yarım milyona torpaq sahəsi satılır – VİDEO

231479

Günümüzdə daşınmaz əmlak təkcə mülkiyyət yox, həm də investisiya alətidir. Ölkəmizdə torpaq sahələrinə qoyulan sərmayələri kifayət qədər gəlirli hesab etmək olar. 

Bizim.Media Baku TV-yə istinadən xəbər verir ki, xüsusilə də əhalinin sayının artması, tikinti sektorunun genişlənməsi Bakı şəhərində boş torpaq sahələrinin get-gedə azalması ilə nəticələnir. Bu da qiymətlərin artmasını şərtləndirir. 

Lakin müşahidələr onu göstərir ki, bahalaşma heç də bütün əraziləri əhatə etmir. 
 
Bəs torpaq alqı-satqısından pul qazanmaq üçün hansı amilləri nəzərə almaq lazımdır? 
 
Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev deyir ki, 20 il əvvəllə müqayisə etsək, torpaq sahələrində qiymətlər 20 dəfədən çox artıb: 
 
"Bu baxımdan vətəndaşlar çıxarışı olan torpaq sahələrinə yatırım edərlərsə, bu, onlara daha çox gəlir gətirmiş olar". 

 
Ekspert çıxarışsız torpağa sərmayə qoymağı tövsiyə etmir. Onun sözlərinə görə, belə əmlaklardan nəinki gəlir əldə etmək, onları satmaq da çətindir. Hazırda Bakı və Abşeron ərazisində ən ucuz torpaq sahələrinə Atyalı qəsəbəsində rast gəlmək mümkündür. Burada torpağın bir sotunu 700 manata almaq olar. Ən yüksək qiymət isə Səbail rayonundadır. 
 
Belə ki, Nizami küçəsinə yaxın yerləşən torpaq sahəsinin sotu 555 min manatdan satışa çıxarılıb. Ümumilikdə 9 sotdan ibarət olan əmlakın cəmi qiyməti 5 milyon manat təşkil edir. 

Ətraflı süjetdə: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO