Bakıxanovda qanunsuz fəaliyyət göstərən lavaş emalı müəssisəsi AŞKARLANDI - FOTO

Bakıxanovda qanunsuz fəaliyyət göstərən lavaş emalı müəssisəsi AŞKARLANDI - FOTO

Hazırda oxunan: Bakıxanovda qanunsuz fəaliyyət göstərən lavaş emalı müəssisəsi AŞKARLANDI - FOTO

231466

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, ev 49 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Rövşən Əli oğluna məxsus lavaş emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, emal sahəsində temperatur rejiminə əməl olunmadığı, istifadə olunan suyun filtr vasitəsilə təmizlənmədiyi, xammal anbarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO