Zəhra Bədəlbəyli: “Xarici bloqerlərin sualına cavab verə bilmirdik” - FOTOLAR

Zəhra Bədəlbəyli: “Xarici bloqerlərin sualına cavab verə bilmirdik” - FOTOLAR

Hazırda oxunan: Zəhra Bədəlbəyli: “Xarici bloqerlərin sualına cavab verə bilmirdik” - FOTOLAR

23145

"Show me Azerbaijan" layihəsi çərçivəsində Azərbaycana səfər edən əcnəbi blogerlərin Azərbaycanın bölgələrinə səfəri davam edir.

Bu barədə Bizim.Media-ya açıqlamasında layihənin kordinatoru Zəhra Bədəlbəyli deyib. O, bildirib ki, səfər Azərbaycan həqiqətlərini, ölkə haqqında dolğun, düzgün informasiyanı dünya ictimaiyyətinə çatdırmaq məqsədi daşıyır. 
 

MÖVZU İLƏ BAĞLI:

Amerikalı bloger Ağdam dəhşətlərindən DANIŞDI – “Çox məyusedicidir”


Z.Bədəlbəyli bildirib ki, xarici bloqerlər işğaldan azad olunan ərazilərə səfərləri zamanı gördükləri mənzərələri kədərlə qarşılayıblar.

“Ağdama səfər edən xarici bloqerlər gördükləri mənzərə qarşısında öz məyusluqlarını gizlədə bilmədilər. Həmçinin Füzulidə də eyni görüntü ilə qarşılaşanda bu hala qaldılar. Ümumiyyətlə, işğaldan azad olan ərazilərə səfər zamanı onlar hər bir kiçik detalla maraqlanırdılar. Bizdən ermənilərin niyə şəhərləri xarabazara çevirmələri barədə soruşurdular. Biz isə onların sualına maksimum cavab verməyə çalışırdıq”.

O, baş tutan layihənin əsas məqsədi və əhəmiyyəti barədə də söz açıb. 
 

“Layihə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzinin dəstəyi ilə təşkil olunub. Mən isə bu layihəyə kordinator kimi dəvət olunmuşam.


Bu layhənin üzərində artıq bir neçə ay idi ki, iş gedirdi. Layhənin həyata keçirilməsində əsas səbəb xaricdə yaşayan ən məşhur bloqer və yutuberləri vətənimizlə daha yaxından tanış edib, regionları, işğaldan azad olunmuş torpaqlarımızı və paytaxtı daha yaxından tanıtmaq idi. Bundan başqa əcnəbilər səfərləri sayəsində multikultral dəyərlərimiz, mədəni irsimiz, qədim tariximiz ilə də yaxından tanış olublar”.

Layihə kordinatoru bloqerlərin səfərlərinin hazırda Qəbələ şəhərinin Nic və Lahıc kəndləri ilə davam etdiyini bildirib. Daha sonra isə onlar Şamaxıya gedəcəklər.

Şuşa səfəri gözlənilir...

Sonda Zəhra Bədəlbəyli bu cür layihələrin davamlı olacağını da bildirib: 
 

“Biz bu layihələrin davamlı olması üçün əlimizdən gəldiyi qədər çalışırıq. Bu cür bir neçə səfər təşkil etmək istəyirik.


Bu insanlar Azərbaycanı dünyada bizə tanıtmağa yardım edir. Onlar gördükləri görüntüləri öz bloqları vasitəsilə bütün dünyaya yayımlayırlar. Xatırladım ki, bu insanlar dünyanın ən məşhur bloqerləridir. İnşallah gələn səfərlərimizdə Şuşaya da ziyarətimiz nəzərdə tutulur”.

Bizim.Media səfərdən bəzi görüntüləri təqdim edir:

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO