“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” DƏYİŞDİ

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” DƏYİŞDİ

Hazırda oxunan: “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi” DƏYİŞDİ

231428

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, qoruq bundan sonra idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etməlidir.

Həmçinin tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almalı və müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO