Qəbələdə göldə batdığı ehtimal olunan şəxsin paltarları tapılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göl su anbarında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarda aşkar edilib.
Daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.
Bizim.Media