Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
O, müvəkkilinə verilən maddənin düzgün tövsif edilmədiyini bildirib. Onun rəsmi əri ərəb millətindən olan şəxs narkotik vasitələrin satışı maddəsi ilə həbs edilib. Zeynəb isə sadəcə narkotik vasitənin istifadəçisi olub. Azyaşlı bir övladı var, hazırda anasının himayəsindədir. O isə uşağa lazımi qulluq edə bilmir. Bunları nəzərə alıb Zeynəbin maddəsini 234.1-1-ci maddəsinə tətbiq edətək onun azyaşlı övladının 14 yaşına çatana kimi cəzasının təxirə salınmasını xahiş edirik.
Zeynəb Əl-Nəimi hökm çıxararkən azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş edib.
Hakimlər müşavirə otağından qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən Zeynəb Əl-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Onu da qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:38 / 23.01.2025
"Tiktok"er xanıma 5 il 1 ay həbs cəzası VERİLDİ
Hazırda oxunan: "Tiktok"er xanıma 5 il 1 ay həbs cəzası VERİLDİ
Hazırda oxunan: "Tiktok"er xanıma 5 il 1 ay həbs cəzası VERİLDİ
231398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.