Bu şəxslər mülki silah əldə EDƏ BİLƏCƏKLƏR

Bu şəxslər mülki silah əldə EDƏ BİLƏCƏKLƏR

Hazırda oxunan: Bu şəxslər mülki silah əldə EDƏ BİLƏCƏKLƏR

231393

Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, qanunun tələblərinə müvafiq olaraq Azərbaycanda 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var.

Layihəyə əsasən, Azərbaycan Respublikasında 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq, 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO