"BakuBus" MMC-nin avtobusları bir neçə il öncədən pulsuz "Wi-Fi" xidmətinə qoşulub. Lakin avtobusda şəbəkənin olduğu görünsə də, internetdən yararlanmaq mümkün deyil.
Bir sözlə, "Wi-Fi"ın adı var, özü yoxdur.
Bəs bu problem nə vaxt həllini tapacaq?
Bizim.Media xəbər verir ki məsələ ilə bağlı "BakuBus" MMC-nin Mətbuat Xidmətindən mətbuat.az-a bildirilib ki, "BakuBus" üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:
"Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır. Buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır.
Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 23.01.2025
"BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?
Hazırda oxunan: "BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?
Hazırda oxunan: "BakuBus" avtobuslarında "Wi-Fi" nə vaxt işləyəcək?
231378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.