12 gündür itkin düşən balıqçılarla bağlı YENİ XƏBƏR

12 gündür itkin düşən balıqçılarla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: 12 gündür itkin düşən balıqçılarla bağlı YENİ XƏBƏR

231363

Lənkəranda itkin düşmüş balıqçılarla bağlı yeni məlumatlar ortaya çıxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, itkin düşən Siyavar kənd sakinləri Mahmud İbayev (1984-cü il təvəllüdlü) və Nazim Abbasovun (1968-ci il təvəllüdlü) axtarışları 12 gündür davam edir. Nazim Abbasovun qardaşı İsmayı Abbasov saytımıza bildirib ki, hava şəraiti səbəbindən bir neçə gün dənizdə axtarış aparmaq mümkün olmayıb.
 

Lakin bu gün yenidən axtarışlar başlayıb. Bu prosesdə sahil mühafizə hissəsinin gəmiləri və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri iştirak edirlər. Həmçinin, itkin balıqçıların ailələri müxtəlif qurumlara, o cümlədən DİN, XİN, Prezident Administrasiyasına, İran Konsulluğuna və Təbrizdəki Konsulluğa müraciət ediblər. Təbrizdəki Konsulluqdan alınan cavaba əsasən, balıqçılardan biri Rusiya vətəndaşı olduğu üçün Rusiya səfirliyinə də müraciət edilməlidir. Ailələr bu gün Bakıdakı Rusiya səfirliyinə üz tutacaqlar.


Qeyd edək ki, yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun itkin düşdüyü ehtimal edilir.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO