İlk baxışdan sevgiyə İNANANLAR mütləq oxusun

İlk baxışdan sevgiyə İNANANLAR mütləq oxusun

Hazırda oxunan: İlk baxışdan sevgiyə İNANANLAR mütləq oxusun

231342

"İlk baxışdan sevgi insanın öz illüziyalarının cazibə və proyeksiyasının qarışığıdır".

Bizim.Media xəbər verir ki, bunu psixoterapevt və seksoloq Todd Baratz "Men's Health" nəşri ilə söhbətində bildirib. Baratz ilk baxışdan sevginin mif olduğunu deyib. Onun fikrincə bu hisslər bir anda alovlana bilər:
 

"Deməli, ilk baxışdan sevgi yoxdur. Yad insanlara qarşı romantik impulslar adətən fiziki cazibə və “proyeksiya” adlanan psixoloji hadisənin qarışığıdır. Yəni bir insanı görürük, onu bəyənirik, həyəcanlanırıq və ona tərəf gedirik. Cazibə həmişə seksual deyil, emosional və ya intellektual da ola bilər. Biz öz istəklərimizi, fantaziyalarımızı və gözləntilərimizi şüursuz şəkildə başqa bir insana köçürürük. Bu isə boş bir kətan götürmək, bütün ümid və arzularınızı onun üzərinə çəkmək və sonra onların gerçəkləşdiyinə qərar vermək kimidir”.


Barats əlavə edib ki, ilk baxışdan məhəbbət deyilən şey tez keçib gedir, çünki cazibə yox olur və qarşı tərəfin ideal obrazı itir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO