Tovuzda Dəmir yolu Vağzalında bədbəxt hadisə nəticəsində kişi xəstəxanalıq olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə vağzalda yeni xətlərin çəkilişi zamanı şirkət işcisi, 1987-ci il təvəllüdlü Rəcabalıyev Röyal Məmmədşərif oğlu elektrik cərəyanına toxunub.
O, Bərdə şəhər sakinidir. Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyəti ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün ikinci belə hadisə baş verib."Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. Hadisə Pirallahı rayonunda qeydə alınıb. "Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusovu rayon ərazisində transformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş.Yunusov hadisə yerində ölüb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:18 / 23.01.2025
Dəmir yolu vağzalında BƏDBƏXT HADİSƏ – Şirkətin işçisini “tok” vurdu - FOTO
Hazırda oxunan: Dəmir yolu vağzalında BƏDBƏXT HADİSƏ – Şirkətin işçisini “tok” vurdu - FOTO
Hazırda oxunan: Dəmir yolu vağzalında BƏDBƏXT HADİSƏ – Şirkətin işçisini “tok” vurdu - FOTO
231335
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.