Gündə nə qədər kabab yemək olar?

Gündə nə qədər kabab yemək olar?

Hazırda oxunan: Gündə nə qədər kabab yemək olar?

231288

Kabab, xüsusən quzu kababı zülal istehlakı üçün ən uyğun yeməkdir. Toylarda, banketlərdə nə qədər kabab yemək orqanizmə zərərlidir.

Bizim.Media Medicina-ya istinadən xəbər verir ki, Rusiya Səhiyyə Departamentinin baş dietoloqu Antonina Starodubova sağlamlığa zərər verməyən kabab miqdarını açıqlayıb.
 

“Hər kiloqram bədən çəkisi üçün 1,6 qramdan çox zülal yeməməyin lazım olduğunu nəzərə alsaq, gündə 400 qramdan artıq kababa icazə verilmir.


Gündə 120 qramdan çox protein qəbul etməməlisiniz. Donuz və quzu ətinin 100 qramında təxminən 20 qram protein var. Yəni, gündə 300-400 qramdan çox olmayan ət yemək lazımdır.

Kabab yeyərkən əti tərəvəzlə birgə yeyin və həddindən artıq qida qəbulundan çəkinin.

Uzun müddət normadan artıq kabab yemək xroniki xəstəliklərin kəskinləşməsinə və ya yeni xəstəliklərin yaranmasına gətirib çıxarır.

Kababa sirkə, mayonez, qatıq, başqa əlavələr vurmaq olmaz”, - baş dietoloq qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO