Xəbər verdiyimiz kimi Kürdəmirdə 2 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş vermiş qəza ilə bağlı Təbib-dən Bizim.Media-nın Aran bürosuna bildirilib ki, 22.01.2025-ci il tarixində saat 14:30 radələrində Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Kürdəmirdə ağır qəza oldu, xəsarət alanlar var
Qeyd edilib ki, onlardan 1987-ci il təvəllüdlü şəxsə döş qəfəsin küt travması, burunun və sol dizin əziyi diaqnozu təyin edilib və zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
1962-ci il təvəllüdlü şəxsə isə sol budun aşağı üçdə bir hissəsinin çoxqəlpəli sınığı, qarın boşluğu orqanlarının travması diaqnozu təyin edilib.
Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu