“Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB? – FOTO

“Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB? – FOTO

Hazırda oxunan: “Evim” uşaq bağçası ilə bağlı QALMAQAL – Müdir işçidən xəbərsiz adına KREDİT GÖTÜRÜB? – FOTO

231245

Bakıda fəaliyyət göstərən “Evim” uşaq bağçasının müdiri dələduzluqda ittiham edilir.

Bununla bağlı Bizim.Media-ya şikayətində sözügedən bağçada dayə kimi işləmiş Rüxsarə Həsənova müraciət edib.

Şikayətçi iddia edir ki, bağçanın müdiri Xanım Əliyeva ondan xəbərsiz,  başqa nömrə ilə “Azpulmat” adlı bank olmayan kredit  təşkilatından adına pul götürüb. Borcdan isə yanvarın 20-də “Azpulmat”dan ona edilən zəng vasitəsilə xəbər tutub:

“Məni otağına çağırıb dedi ki, maaşımın karta köçürülməsi üçün qeydiyyatdan keçirik, şəkillərini çəkməliyəm, amma hicabını aç”

“2024-cü il oktabrın  22-dən bağçada işləməyə başladım. Dayə işi üçün getdim, ancaq orada dedilər ki, bizim xadiməyə də ehtiyacımız var.  Mən həm xadimənin, həm də dayənin işini görürdüm. Noyabrda direktor dedi ki, sizin maaşlarınız veriləcək. Mənə o müddət ərzində 127 manat əməkhaqqı yazılmışdı, ancaq direktor bildirdi ki, mənim imkanım yoxdur, buna görə də maaşı oradakı başqa bir müəllim ödədi.

Sonra  Xanım Əliyeva məni otağına çağırıb, dedi ki, sənin şəkillərini çəkim ki, maaşı bundan sonra kartla alasan. Hicabla şəkillərimi çəkdi. Ancaq səhəri günü dedi ki, hicabla alınmır, hicabını aç, narahat olma bu şəkilləri heç kəs görməyəcək. Mən də maaş köçə bilsin deyə razılaşdım”. 

Şikayətçi vurğulayır ki, direktor  şəkilləri öz telefonuyla çəkib.

“Bağçadakı bəzi haqsızlıqlar, maaşların gec köçməsiylə bağlı dekabrın 7-də işdən çıxdım. İşdən çıxanda  maaşı öz kartından mənim kartıma göndərdi.  Yanvarın 20-də “Azpulmat”-dan zəng etdilər ki, sizin borcunuz var, 2 aydır ki, ödəmirsiniz. Bildirdilər ki, qeydiyyatdan noyabrın 22-si keçilib. Pulu həmin xanımın götürdüyündən  əminəm, çünki başqa heç bir yerdə  hicabımı açmamışam, pul götürməmişəm.  

Bu gün “Azpulmat”-ın ofisinə yaxınlaşdım adıma 70 manat pul götürülüb, ödənmədiyi üçün isə borc 121 manat olub”.

Bizim.Media Rüxsarə Həsənovanın iddiaları ilə bağlı Xanım Əliyevanın da mövqeyini öyrənib. Bağça müdiri iddialarla razılaşmayıb. O, polisə müraciət edəcəyini və məsələni araşdıracağını deyib:

“Belə bir şey olmayıb. Rüxsarə Həsənovanın görüntüləri SİMA proqramında qeydiyyatdan keçmək üçün çəkilib. Xanım bizə şəxsiyyət vəsiqəsinin surətini təqdim edib. Bizim onu sınaq müddətində işə götürməyimiz üçün müqavilə imzalamaq lazım idi. Buna görə də SİMA proqramıyla öz telefonunda qeydiyyatdan keçdik,  buna görə şəkillərini çəkdik. Çünki SİMA-dan qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin FİN kodu, şəxsin görüntüsü tələb olunurdu”.

Qeyd edək ki, Rüxsarə Həsənova saytımıza bildirib ki, müdir ona sağa-sola baxmasını, kameraya gülümsəməsini istəyib.

Ancaq SİMA proqramında sadəcə şərt budur ki, görüntü aydın formada olsun. Yəni sağa və sola baxmaq, kameraya baxaraq gülümsəmək “Azpulmat”-da tələb olunan şərtlərə daxildir.

Məsələ ilə bağlı Rüxsarə Həsənova hüquq-mühafizə orqanlarına da müraciət edib.

Onu da bildirək ki, bağça müdiri onunla danışığımızdan sonra nədənsə Rüxsarə Həsənovanın “Azpulmat”-a olan borcunu bağlayıb.





Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO