Meymunçiçəyinə yoluxanlar üçün antibiotik istifadəsi zərərlidir – RƏSMİ

Meymunçiçəyinə yoluxanlar üçün antibiotik istifadəsi zərərlidir – RƏSMİ

Hazırda oxunan: Meymunçiçəyinə yoluxanlar üçün antibiotik istifadəsi zərərlidir – RƏSMİ

231219

“Meymunçiçəyi virusunun müalicəsində antibiotik istifadəsi xəstəliyi ağırlaşdırır, ağırlaşmış, ikincili bakterial infeksiya qoşularsa, həkim məsləhəti ilə antibiotiklərdən istifadə edilə bilər”.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev deyib.
 

O qeyd edib ki, meymunçiçəyi virus mənşəli xəstəlikdir. Antibiotiklər isə bakteriya mənşəlidir.


Ona görə də, antibiotik meymunçiçəyinin müalicəsində tövsiyə olunmur. Antibiotik, əksinə, meymunçiçəyinin müalicə prosesinə mənfi təsir göstərə bilər.

Meymunçiçəyinin diqnostikası yara yerindən, səpkilərdən sürüntü vasitəsilə PSR analizinin götürülməsidir.

“Səthi pozulamamış dəri meymunçiçəyi xəstəliyi olan xəstədə hər hansı yaraya toxunduqda bu xəstəliyin keçmə ehtimalı aşağıdır. Bu xəstəliyin əsas yoluxma yolu səthi pozulmuş dəri ilə bu xəstəliyi olan insanın təmasdır. Meymunçiçəyi virusu, əsasən, halsızlıq, limfa vəzilərinin böyüməsi ilə xarakterizə olunan bir xəstəlikdir, fərqli şikayətlərlə özünü göstərə bilər. Əsasən əllərdə, ayaqlarda səpkilərin çıxması ilə müşahidə olunur. Hava damcı yolu, cinsi münasibətlə keçən bir xəstəlikdir. Belə xəstələrdə antibiotik istifadəsi tövsiyə edilmir”, - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO