Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş 49 yaşlı Cəmaləddin Bayramov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan 4 kiloqram narkotik vasitə olan marixuana, tiryək, 1 ədəd avtomat, həmin silaha aid daraq və 4 ədəd patron götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, C.Bayramov ölkəyə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisindəki qəbiristanlıqların birində gizlədilən narkotikləri şəxsi istifadə və satış məqsədi ilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Bizim.Media