Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev SAXLANILDI - FOTO

Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev SAXLANILDI - FOTO

Hazırda oxunan: Nəzrinin ölümünə səbəb olan Sənan Mehdiyev SAXLANILDI - FOTO

231064

Bakıda burun əməliyyatından sonra halı pisləşən və vəfat edən Nəzrin Mansurlunun ölüm faktı ilə bağlı əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev saxlanılıb.

Bizim.Media xəbər verir ki, Sənan Mehdiyev Nəsimi Prokurorluğunda başlanan cinayət işi çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılması gözlənilir.

Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
 

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.


Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Məlumat üçün bildirək ki, həkim Sənan Mehdiyevin ilk qurbanlarından biri 18 yaşlı tələbə Leyla olub. Onun 2015-ci ildəki faciəli ölümü böyük səs-küyə səbəb olmuşdu. Leyla Mürsəlova da burun çəpərindəki əyriliyə görə Sənan Mehdiyevə üz tutmuşdu. Lakin “Starmed” klinikasında baş tutan əməliyyat zamanı Leyla həyatını itirib.

Leylanın əməliyyat zamanı təzyiqi düşmüşdü. Ona adrenalin vurulmuşdu. Lakin həmin zaman Leylanın ürəyi dayanıbmış. Onun ölümü ailəsindən 3-4 saat gizlədilmişdi.

Araşdırmalardan sonra Leylanın ölümünə səbəb kimi narkozun çox verilməsi göstərilirdi.

Əməliyyatın sonuna 15 dəqiqə qalmış Leylanın vəziyyəti pisləşmişdi. Lakin “Starmed” klinikasında reanimasiya otağı olmadığından müdaxilə gecikmişdi. Yaxınlıqdakı klinikalardan və xəstəxanalardan reanimasiya briqadası çağırılmışdı. Amma onun həyatını xilas etmək mümkün olmamışdı.

Cərrah Sənan Mehdiyevin daha bir neçə pasiyenti onun əməliyyatından şikayət etmişdi.

Səbinə Nağıyeva adlı xanım burun əməliyyatından sonra yaranan fəsadlara görə S.Mehdiyevdən şikayət etmişdi. Sonra həkimlə barışıq əldə etmişdi.

Başqa bir şikayətçi isə Ülviyyə İmanzadə idi. O, şikayətində qeyd edirdi ki, burun əməliyyatından sonra nəfəs almasında problem yaranıb.

Sosial şəbəkələrdə isə Sənan Mehdiyevdən şikayətçi olan onlarla şəxs var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO