Gəncləşən BƏLA - 2030-cu ilə qədər insultdan ölənlərin sayı 5 milyona çatacaq?

Gəncləşən BƏLA - 2030-cu ilə qədər insultdan ölənlərin sayı 5 milyona çatacaq?

Hazırda oxunan: Gəncləşən BƏLA - 2030-cu ilə qədər insultdan ölənlərin sayı 5 milyona çatacaq?

230997

Son illər planetin yetkin əhalisinin ölüm səbəbləri arasında ürək xəstəlikləri və xərçəngdən sonra üçüncü yeri tutan fəsad insultdur. Yaşı getdikcə gəncləşən bu bəla üzündən son illər nə qədər gənc dünyasını dəyişib.

Qərb tədqiqatçılarının araşdırmalarına görə, 2030-cu ilə qədər dünyada insultdan ölənlərin sayı 5 milyona çatacaq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə isə işemik insultdan ölənlərin sayı 1990-cı ildə 2,04 milyon olubsa, 2019-cu ildə artıq 3,29 milyona yüksəlib. 2030-cu ildə işemik insultun 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyanın 11 faizinin əziyyət çəkdiyi XƏSTƏLİK – Azərbaycanda şəkərli diabet niyə “GƏNCLƏŞİB”?


Azərbaycanlı mütəxəssislər də bu yöndə həyəcan təbili çalırlar.

Bizim.Media-ya mövzu barədə açıqlama verən Tibb elmləri doktoru, professor Adil Qeybulla da bu xəstəliyin həddən artıq geniş yayıldığı qənaətindədir:

“Öncə onu qeyd edim ki, insult damar xəstəliyidir. İnkişaf mexanizminə görə insultlar işemikhemorragik olur. Biri damarın trombla tıxanması, digəri isə damarın yüksək təzyiq nəticəsində partlamasından qaynaqlanır. Hər ikisi beyin-qan dövranının pozulmasına və ona uyğun pozuntulara gətirib çıxarır. İnsult ağır xəstəlikdir və ürək əzələsinin işemiyası olduğu kimi beyinin də işemiyası olur. Yəni ürək infaktı miokard, beynin infaktı isə insultdur. Hazırda onların hər ikisi çox geniş yayılıb. Bu da ürək-damar xəstəliklərinin yaşının cavanlaşması ilə bağlıdır”.

Həkim deyir ki, xəstəliyin bu qədər geniş yayılmasının və gəncləşməsinin əsas səbəbi insanların həddən artıq qida qəbul etməsi, hərəkətsizliyi, qidaların keyfiyyətsizliyi və ən əsası stressdir:

“İnsanlar axşamlar çoxlu qida qəbul edirlər, restoranlar, şadlıq evlərində həddən artıq yemək yeyirlər, daha sonra da hərəkət etmirlər. Əksər insanlar siqaret çəkir, aşırı alkoqol qəbul edir.

Təbii ki, bununla da orqanizmdə mübadilə pozğunluqları başlayır. Bütün bunlar qanda xolesterini və digər mübadilə məhsullarını damar divarına çökdürür və  bu da qan təzyiqinə, şəkərli diabetin yaranmasına gətirib çıxarır. Yüksək qan təzyiqi isə infakta, insulta aparan yoldur.

Təəssüf ki, bu yaş xeyli cavanlaşıb. Bu da genefondun sağlamlamlaşdırılmasına yönəlik xüsusi proqramların olmasını tələb edir. Kütləvi idman və təbliğat çox vacibdir. Çünki bunların, özəlliklə təbliğatın çox böyük rolu var. Ancaq hələlik biz bunları görmürük. Proses belə davam edir. Ona görə də belə mənzərə yaranır”.

Qeyd edək ki, Azərbaycanın bir çox tanınmışları – bəstəkar Tahir Əkbər, Xalq artisti Canəli Əkbərov, müğənni Rüfət Mehdiyev, şair Dəmir Gədəbəyli insultdan dünyasını dəyişib.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO