Vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU - FOTO

Vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU - FOTO

Hazırda oxunan: Vəzifəli şəxsin qızı faciəli şəkildə HƏLAK OLDU - FOTO

230962

Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun qızı Zöhrə İsmayılovanı avtomobil vuraraq öldürüb.

Bizim.Media teleqraf.com-a istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saatlarında Mərdəkan-Zuğulba avtomobil yolunun Buzovna qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Yolu keçmək istəyən 40 yaşlı Zöhrə Faiq qızı İsmayılovanı avtomobil vurub. Sürücü yaralını 3 saylı Şəhər Kliniki Xəstəxanasına (Sabunçu xəstəxanası) çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Ali təhsilli Z.İsmayılova 4 nömrəli xüsusi internat məktəbində müəllimə işləyirmiş. Hadisə o, işə getmək üçün avtobus dayanacağına keçmək istəyən zaman baş verib.

Z.İsmayılovanın 3 övladı qalıb.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO