Kürdəmirdə 66 yaşlı kişini “tok” vurub öldürdü

Kürdəmirdə 66 yaşlı kişini “tok” vurub öldürdü

Hazırda oxunan: Kürdəmirdə 66 yaşlı kişini “tok” vurub öldürdü

230909

Kürdəmirdə evində tək yaşayan 66 yaşlı kişini cərəyan vurub öldürüb.

Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayev yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Qonşuların sözlərinə görə, mərhum evində tək yaşayıb və yaxın vaxtlarda Rusiyaya ailəsinin yanına gedəcəkmiş.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO