20 Yanvar şəhidlərinin Astradakı ilk abidəsinin təşəbbüskarının müəmmalı ölümü - VİDEOREPORTAJ

20 Yanvar şəhidlərinin Astradakı ilk abidəsinin təşəbbüskarının müəmmalı ölümü - VİDEOREPORTAJ

Hazırda oxunan: 20 Yanvar şəhidlərinin Astradakı ilk abidəsinin təşəbbüskarının müəmmalı ölümü - VİDEOREPORTAJ

230887

20 Yanvar hadisələrinin faciəvi yaddaşı Azərbaycan xalqı üçün müqavimət, azadlıq mübarizəsi və milli kimlik rəmzlərindən biri olub. Astara rayonunun Şiyəkəran kəndi, 20 Yanvar hadisələrinə aid ilk xatirə abidəsinin ucaldıldığı yer kimi tarixə düşüb.

Bu abidə həm tarixi, həm də simvolik əhəmiyyət daşıyır. Bakının Sovet tanklarının işğalında olduğu, şəhidlər üçün saxlanılan fasiləsiz matəmin davam etdiyi bir vaxtda abidənin ucaldılması qərarı əslində müqavimət rəmzi sayılırdı. 
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar faciəsindən 35 il ötür


Sovet rejiminin təzyiqlərinə baxmayaraq bu addımı atan kənd ziyalılarının və sakinlərinin yaddaşlardan silinməyəcək bir hekayəsi var.

Sadə dizaynlı, o qədər də böyük olmayan bu daş abidənin ucaldılması heç də asan başa gəlmədi... 

1990-cı ilin soyuq fevralında, faciənin bir ayı tamam olan vaxt  34 yaşlı coğrafiya müəllimi olan Ənnam müəllim şəxsi təşəbbüsü və vəsaiti ilə kəndin mərkəzində 20 Yanvar şəhidlərinə xatirə abidəsi ucaldılması ideyasını gerçəkləşdirir. 

Abidənin açılışına nə qədər mane olmaq istəsələr də kənd sakinləri geri çəkilmir. Beləliklı abidənin açılışı gerçəkləşdirilir. Açılışdan bir neçə gün əvvəl isə Ənnam müəllimə onun üçün bu addımın pis nəticələnəcəyini söyləyirlər.

Ənnam müəllimin kənd sakinlərinə sözü isə bu olur ki, əgər bu gün biz geri çəkilib tariximizi, şəhidlərimizi unutsaq, gələcəkdə azad dövlətdən, ləyaqətli yaşamaqdan uzaq düşəcəyik.

Ətraflı videosüjetdə: 






Sabutay, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO