Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir – RƏSMİ

Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir – RƏSMİ

Hazırda oxunan: Bakıda tikiləcək 10 yeni metro stansiyasının konseptual yerləri artıq bəllidir – RƏSMİ

230862

“2030-cu ilin sonuna qədər Bakı şəhərində 10 yeni metro stansiyası tikiləcək, bununla da 4 kəsişmə stansiyası olacaq”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib. 

O qeyd edib ki, yeni 10 stansiyanın konseptual yerləri artıq bəllidir: 
 

"Hazırda metropolitenin infrastrukturunda iki kəsişmə stansiyası mövcuddur. Birincisi, Memar Əcəmi stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin kəsişməsi, digəri isə 28 May stansiyasında Qırmızı xətt ilə Yaşıl xəttin kəsişməsidir. Tikiləcək 10 stansiyada isə 4 əlavə kəsişmə olacaq.


Bunlar metronun Nizami stansiyasında Bənövşəyi xətt ilə Yaşıl xəttin, Sahil metrosunda Qırmızı xətt ilə Bənövşəyi xəttin, Xətai metrosunda Yaşıl xətt ilə Bənövşəyi xəttin və nəhayət, Həzi Aslanov stansiyasında Yaşıl xətlə Qırmızı xəttin kəsişməsi olacaq. Bu kəsişmələr sərnişinlərə daha çevik marşrutlarla hərəkət etməyə və sıxlığın azalmasına ciddi təsir göstərəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO