Qanlı 20 Yanvar faciəsinin 35-ci ildönümü Qusar rayonunda ehtiramla yad edilib. Səhər saatlarında Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və müharibə veteranları ictimaiyyət nümayəndələri, Şəhidlər Xiyabanında və Qarabağ münaqişəsində canını fəda edən qusarlıların xatirəsini bir dəqiqəlik sükutla yad edib, xatirə kompleksi önünə tər güllər düzüblər.
Sonra Qusar şəhər Mədəniyyət Mərkəzində yazıçı-jurnalist Rafiq Səməndərin "Şəhidlər" əsəri əsasında hazırlanmış "20 Yanvar şərəf və qəhrəmanlıq tariximiz" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qusar Dövlət Ləzgi Dram Teatrının baş direktoru və rejissoru Faiq Qardaşovun quruluş verdiyi səhnə iştirakçılarını 35 il əvvələ aparıb, aktyorların ifasında təsirli anlar yaşanıb.
Saat 12.00-da 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu