20 Yanvar qazisi: “Arxaya çevriləndə rus əsgərlərinin yaralıları yenidən güllələdiyini gördüm” – FOTO

20 Yanvar qazisi: “Arxaya çevriləndə rus əsgərlərinin yaralıları yenidən güllələdiyini gördüm” – FOTO

Hazırda oxunan: 20 Yanvar qazisi: “Arxaya çevriləndə rus əsgərlərinin yaralıları yenidən güllələdiyini gördüm” – FOTO

230836

O, qanlı-qadalı günlərdən bizi nə az nə çox, düz 35 illik zaman kəsiyi ayırır. İllər keçsə də, həmin gecə unudulmur. 

20 Yanvar gecəsinin acısını yaşamış, eyni zamanda şahidi olmuş Yevlax qazisi Cahid Nəbiyev Bizim-Media-ya həmin hadisələri ürək ağrısı ilə danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar faciəsindən 35 il ötür


Həmin illərdə Cahid Nəbiyev İqtisadiyyat Universitinin 2-ci kurs tələbəsi olub. Bir  neçə gün onlar tələbə yoldaşları ilə küçələrə axışıb, “Azadlıq” şüarı ilə çıxış edirlərmiş. Yenidən 19-u axşam saatlarında toplaşaraq heç nədən qorxmayaraq Bakının azadlığı uğrunda mübrizəyə qoşulublar.

Bu zaman Sovet ordusunun Bakıya daxil olması xəbərini eşidiblər:

“Gecə saatlarında küçəyə toplaşmışdıq. Eşitdik ki, keçmiş Sovet ordusu tanklarla Bakının bir neçə ərazisindən daxil olublar. Biz yoldaşlarla Gənclik metrosu istiqamətinə getdik. Tofiq Bəhramov adına stadiona çatanda artıq başımızın üzərindən güllələrin yağdığını gördük. Amma bu bizi qorxutmadı. Daha da irəliyə getmək qərarına gəldik və artıq güllələr insanlara tuşlanmışdı. Bir qədər da irəliyə getmək istəyən zaman çiynimdən yaralandığımı gördüm.

Dayanmadan yaradan qan axırdı. Yenə də özümü  itirmədən kənara çəkilməyi bacardım” – deyə həmsöhbətimiz qeyd edib.

Cahid Nəbiyevin sözlərinə görə o, üzünü arxaya çevirmək istədiyi zaman dəhşətə gəlib. Görüb ki, rus əsgərləri yerə yıxılan yaralıları bir-bir yoxlayıb içərilərində sağ qalanlara qarşı vəhşicəsinə qətliiam törədirlər. Heç kimi sağ buraxmırlar. 

Faciənin şahidi deyib ki, yaralı halda iki gənc qazini ərazidən çıxararaq tez avtomobilə yerləşdirib və birgə xəstəxanaya yollanıblar. “Semaşko” xəstəxanasına gedən zaman yenidən avtomobil güllə atəşinə tutulub. Xəstəxanaya daxil olanda isə lap dəhşətə gəlib. Xəstəxanın içərisi və həyəti yaralılarla dolu olub. Həkimlər yaralı Cahidin də həyatını xilas ediblər. Qazinin qanaxması dayandırılıb və əməliyyat olunub.

Cahid Nəbiyevin sözlərinə görə onlar xəstəxanada təzyiqlərə də məruz qalıblar:

“İlk 10 günlükdə mülkü geyimdə olan şəxslər-yəni ruslar dilimizdən izahat almaq istəyirdilər. Məqsəd bizi həbsxanaya saldırıb işgəncə vermək idi. Amma mərd, qorxmaz xalqımız birlik olub buna izn vermədilər. Həmin şəxsləri xəstəxananın ərazisindən uşaqlaşdırıb binanın 4 tərəfini mühasirəyə alaraq qorumağa başladılar.
 

Maraqlısı ondadır ki, azadlıq yolunda toplaşan  həmin insanları idarə edən, yönləndirən heç kim yox idi. Vətəndaşlarımızda qeyri-ixtiyari azadlıq ruhu yaranmışdı və heç nədən qorxmurdular. Bu həqiqətən də istiqlal yolunun ilk zirvəsi, milli şüurun oyanış günü idi”. 


Onu da qeyd edək ki, Cahid Nəbiyev Yevlax rayonunda  yeganə 20 yanvar qazisidir.


Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO