Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ruslan Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Tural Yaqubov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Zaur Mirzəbəyov müdafiə çıxışı edib.
Təqsirləndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra məhkəmə Ruslan Abdullayevi yeddi il müddətinə azadlıqdan məhrum edib.
Qeyd edək ki, Ruslan Abdullayev ötən ilin fevralında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:12 / 18.01.2025
Narkotikə görə saxlanılan şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxsə HÖKM OXUNDU
Hazırda oxunan: Narkotikə görə saxlanılan şəxsə HÖKM OXUNDU
230613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.