Naxçıvanda 21 yaşlı hamilə qadın və bətnindəki övladı vəfat edib.
Bizim.Media nuhcixan.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.
G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib.
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:57 / 18.01.2025
21 yaşlı hamilə qadın VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: 21 yaşlı hamilə qadın VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: 21 yaşlı hamilə qadın VƏFAT ETDİ - FOTO
230611
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.