Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli məktəbin direktoru Samirə Əkbərovanın korrupsiya əməlində töhmət alan Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova tutduğu vəzifədən azad edilib.
Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Abşeron Təhsil Şöbə müdiri də kreslosu ilə VİDALAŞIR – Nazirlik YOXLAMALARA başladı
Təhsil Nazirliyin apardığı aradırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib və Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, işə düzəltmə adı ilə vətəndaşlardan külli miqdarda rüşvət almaqda ittiham olunan Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli məktəbin direktoru Samirə Əkbərovanın korrupsiya əməlində Rayon Təhsil Şöbə müdiri Nazilə Məmmədova ilə əlbir olduğu Hər iki şəxsin 30-a yaxın vətəndaşdan işə düzəltmə adı altında külli miqdarda rüşvət aldığı bidirilirdi.
Bizim.Media